Səudiyyə Ərəbistanı İsrail dövlətini tanıya bilər

Səudiyyə Ərəbistanı İsrail dövlətini tanıya bilər
  16 Yanvar 2024    Oxunub:913
Fələstin məsələsi həll olunarsa, Səudiyyə Ərəbistanı İsrail dövlətini tanıya bilər.
Bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda krallığın xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud deyib.

Nazir panel müzakirəsi moderatorunun Qəzza zolağında münaqişə sona çatdıqdan və Fələstin üçün ədalətli sülhə nail olduqdan sonra Səudiyyə Ərəbistanının müvafiq qərar qəbul edib-etməməsi ilə bağlı sualını cavablandırarkən müsbət mövqe nümayiş etdirib.
AzVision.az



Teqlər:





Xəbər lenti