Erməni jurnalist sərsəmlədi: "Naxçıvana da qayıdacağıq"

   Erməni jurnalist sərsəmlədi:    "Naxçıvana da qayıdacağıq"
  17 Yanvar 2024    Oxunub:1149
Radikal çağırışları ilə seçilən erməni jurnalist Nairi Hoxikyan Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı növbəti dəfə sərsəm fikirlər səsləndirib. O qeyd edib ki, hazırkı siyasətlə ermənilər Qarabağa əvvəlki kimi qayıda bilməyəcəklər.
O, nəinki Azərbaycan ərazilərinə, Türkiyə torpaqlarına iddiaların qaldığını da gizlətməyib: “1915-ci il "soyqırımı"ndan (Uydurma erməni soyqırımı-red.) sağ çıxmış və "Qərbi Ermənistan"dan (Radikalların Türkiyə ərazilərində iddia etdikləri torpaqlar-red.) tamamilə çıxarılmış əksər soydaşlarımız tez bir zamanda əvvəlki yurdlarına qayıtmaq ümidi ilə Araz çayı yaxınlığındakı ərazilərdə məskunlaşmışdılar.

Erməni jurnalist xalqını ikiüzlülükdə ittiham etdi
100 ildən çox vaxt keçib, bu müddət ərzində "Qərbi Ermənistan"ın hətta bir hissəsini belə tutmaq üçün çoxlu imkanlarımız var idi. Lakin bu, bizim-Ermənistanın, erməni şüurunun dəqiq planı, taktikası və strategiyası olmadığına görə alınmadı. Biz özümüz nəyə qadir olduğumuzu, nə istədiyimizi anlaya bilməmişik və nəticədə əcnəbilər yenidən bizim hesabımıza öz "alver"lərini edirlər".

Revanşist jurnalist 90-cı illərdə bir tərəfdən Dağlıq Qarabağın işğalı üçün döyüşdüklərini, digər tərəfdən isə Azərbaycandan gələn minlərlə erməninin zəbt etdikləri ərazilərə zorla yerləşdirdiklərini də gizlətməyib: "Hazırda Qarabağdan ölkəmizə müvəqqəti köçənlər əmindirlər ki, biz tezliklə "Artsax"a qayıdacaq. Ancaq yalnız bir xəyal qurulur ki, bu da rusların, ingilislərin, amerikalıların o torpaqları yenidın bizə verəcəkləri ilə bağlıdır. Başqa sözlə, ortada özümüzün milli səylərimiz və aydın planlamamızdan başqa hər şey var.

Təəssüf ki, belə bir vəziyyətdə biz heç vaxt Qarabağa qayıtmayacağıq. Amma onu da dəqiq bilirəm ki, zaman dəyişib və biz artıq əvvəlki sadəlöv və hər şeyə inanan insanlar da deyilik. Bizim planlı və ardıcıl fəaliyyətlərimiz həm Qarabağda, həm də soydaşlarımızın hələ də darıxdıqları digər yerlərdə- "Qərbi Ermənistan", Naxçıvanda, "Şimali Artsax"a (Gəncə, Goranboy və digər Azərbaycan ərazilərini nəzərdə tutur-red.) qısa müddətdə geri qayıtmağı təmin edəcək”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Azərbaycan   Jurnalist   Qarabağ  





Xəbər lenti