Fransa Aİ-ni Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

   Fransa Aİ-ni Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırdı
  18 Yanvar 2024    Oxunub:1093
Fransa Senatı Avropa İttifaqını (Aİ) Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib. Sənəd Fransa parlamentinin yuxarı palatasının saytında dərc olunub.
Qeyd olunur ki, 336 senator qətnamənin lehinə, birinin əleyhinə səs verib.

Fransalı senatorların fikrincə, Azərbaycana qarşı ən sərt tədbirlər görülməlidir, o cümlədən Azərbaycan məmurlarının aktivləri müsadirə olunmalı, ölkədən qaz və neft idxalına embarqo qoyulmalıdır.

Qeyd edək ki, qətnamə Azərbaycanın 2023- cü ildə Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatının əleyhinə qəbul edilib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti