Ekvadorda prokuror qətlə yetirilib

   Ekvadorda prokuror qətlə yetirilib
  18 Yanvar 2024    Oxunub:977
Ekvadorda ötən günlər baş vermiş televiziya kanalına hücum faktını araşdıran prokuror maşınına silahlı basqın nəticəsində öldürülüb.
AzVision.az xəbər verir ki, ölkə prezidenti Daniel Noboa özünün "X" hesabında hadisəni pisləyərək, məsuliyyət daşıyanların dərhal saxlanılması barədə əmr verib.

Qətlin televiziya kanalına hücumun istintaq prosesi ilə mümkün əlaqəsi istisna edilmir.

Xatırladaq ki, son günlər Ekvadorda vəziyyət gərgindir. Cəmiyyəti iğtişaşa sürükləyən cinayətkar qrupların hücumları nəticəsində ölkədə fövqəladə vəziyyət elan edilib.

Sözügedən hücumlar çərçivəsində yanvarın 10-da ölkənin "TC Television" televiziya kanalı silahlı şəxslər tərəfindən ələ keçirilmiş, hadisədə bir nəfər ayağından güllə yarası almış, bir nəfərin isə qolu sınmışdı. Cinayətkarlar polis tərəfindən tezliklə yaxalanış, işin istintaqı bu gün qətlə yetirilən prokuror Sezar Suaresə təhvil verilmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ekvador   prokuror   qətl  





Xəbər lenti