"Rusiya ilə hərbi əməkdaşlığımız davam edir" -Ovanisyan

"Rusiya ilə hərbi əməkdaşlığımız davam edir"    -Ovanisyan
  18 Yanvar 2024    Oxunub:1053
Ermənistan Rusiya Federasiyası ilə hərbi sahədə əməkdaşlığı davam etdirir.
AzVision.az xəbər verir ki, bunu Ermənistan parlamentinin "Mülki Müqavilə" fraksiyasının katibi Artur Ovanisyan brifinq zamanı deyib.

"Rusiyadan alınan silahlar artıq Ermənistandadır" - Melkonyan
Erməni deputat ikitərəfli əməkdaşlığın gələcəyi ilə bağlı sualı şərh edərkən qeyd edib ki, “Biz rusiyalı tərəfdaşlarımızla işləməyə davam edəcəyik".

Onun sözlərinə görə, Ermənistan eyni zamanda təhlükəsizlik sahəsində balanslaşdırılmış siyasətin təmin edilməsi yolu ilə də gedir. Bu baxımdan İrəvan dövlət maraqlarını əsas götürərək bütün tərəfdaşları ilə işləyir.

Qeyd edək ki, Ermənistan son zamanlar Fransa və Hindistanla sıx hərbi əməkdaşlıq yolu seçib. Əvvəllər isə İrəvan yalnız rus silahları alır, hərbi əlaqələri daha çox Moskva ilə qururdu.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya  





Xəbər lenti