Misir münaqişəni bitirmək üçün İranla danışıqlar aparır

   Misir münaqişəni bitirmək üçün İranla danışıqlar aparır
  19 Yanvar 2024    Oxunub:1216
Husilərin Süveyş kanalı və Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarından zərər çəkən Qahirə problemin əsas səbəbi kimi Qəzza zolağında müharibəni başa çatdırılmasını istəyir.
AzVision.az xəbər verir ki, Londonda fəaliyyət göstərən "The New Arab" xəbər agentliyi adı açıqlanmayan Misir rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilir ki, Misir Qəzza zolağında müharibə ilə əlaqədar regionda artan eskalasiya riskini əngəlləmək naminə sürətlə husilər və İran rəhbərliyi ilə danışıqlar aparır.

Rəsmi Qahirə husilərə qarşı hava hücumlarına qoşulmayacağını bildirib. Husilər isə, öz növbələrində, Qırmızı dənizdə Misirə məxsus gəmilərin təhlükəsizliyinə xələl gətirməyəcəklərini qeyd ediblər.

İranla da məsələ üzrə danışıqlar aparan Misirin xarici işlər naziri Samih Şükrinin bu yaxınlarda iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanı qəbul edəcəyi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Misir   İran   husilər  





Xəbər lenti