İsrail Dəməşqə zərbə endirdi, SEPAH-ın üzvü öldürüldü

   İsrail Dəməşqə zərbə endirdi,    SEPAH-ın üzvü öldürüldü
  20 Yanvar 2024    Oxunub:1260
İsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun bir üzvü həlak olub.
Bu barədə Reuters agentliyi məlumat yayıb. Bundan əvvəl Suriya dövlət agentliyi SANA məlumat vermişdi ki, İsrail Suriyanın paytaxtı Dəməşqin Əl-Mezza bölgəsində yaşayış binasına hücum edib.

"İsrailin şənbə günü Suriyanın paytaxtı Dəməşqə endirdiyi zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun bir üzvü həlak olub, digərləri isə yaralanıb", - Reuters bildirib.

Agentliyin məlumatına görə, çoxmərtəbəli binadan Suriya hökumətinə dəstək verən iranlı məsləhətçilər istifadə ediblər. Zərbə nəticəsində onun tamamilə dağıldığı qeyd edilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti