Baltikyanı ölkələr sərhədləri gücləndirir

   Baltikyanı ölkələr sərhədləri gücləndirir
  20 Yanvar 2024    Oxunub:1387
Estoniya, Latviya və Litva artan təhlükəsizlik narahatlıqlarına əsasən Rusiya və Belarusla sərhəddə yeni müdafiə sistemləri qurmaq üçün razılığa gəliblər.
AzVision.az xəbər verir ki, Estoniya Müdafiə Nazirliyi bu barədə bəyanat yayıb.

Latviyanın paytaxtı Riqada görüşən üç Baltikyanı ölkənin müdafiə nazirləri hərbi təhdidlərin qarşısını almaq naminə Rusiya və Belarus sərhədində müdafiə sistemləri qurmaq barədə saziş imzalayıblar.

"Rusiyanın Ukraynadakı müharibəsi göstərdi ki, texnika, sursat və canlı qüvvə ilə yanaşı sərhəd müdafiə sistemlərinə də ehtiyac var", - Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.

Latviyalı həmkarı Andris Spruds isə "NATO-nun şərq cinahını qorumaq və düşmənin hərəkət azadlığının qarşısını almaq üçün Baltikyanı Müdafiə Xəttinin qurulacağını" bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Baltikyanı   ölkələr   sərhəd  





Xəbər lenti