İran XİN: "Hücuma cavab veriləcək"

    İran XİN:  "Hücuma cavab veriləcək"
  20 Yanvar 2024    Oxunub:1611
İran İsrailin Dəməşqə hücumu nəticəsində hərbçilərinin öldürülməsinə "münasib vaxt və yerdə" cavab verəcəyini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə yazılı bəyanat yayan İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsrailin hücumunu pisləyib.

“İsrailin Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozması, müxtəlif hədəflərə qarşı təcavüzkar və təxribat xarakterli hücumları artırması yolverilməzdir", - bəyanatda deyilir.

O həmçinin qeyd edib ki, "bütün ölkələr, regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası hücuma reaksiya verməlidir".

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   Suriya   hücum   cavab  





Xəbər lenti