Fransa Ukraynanı "toyuqla vurur"

   Fransa Ukraynanı    "toyuqla vurur"
  22 Yanvar 2024    Oxunub:1260
Gömrük rüsumlarının ləğvindən sonra Ukraynadan quş əti idxalının kütləviləşməsi Fransada quşçuluğu təhdid altına qoyub.
AzVision.az xəbər verir ki, bunu Fransa Milli Assambleyasının üzvü Matilda Pari deyib.

Fransanın mayasında xəyanət var: Ukraynada işin üstü açıldı
O, xarici işlər naziri Stefan Sejourneyə müraciət ünvanlayıb. Pari nazirdən mövzu ilə bağlı açıqlamalar tələb edib. Söhbət hökumətin yerli təsərrüfatlara dəstək üçün hansısa tədbirlərin planlaşdırmasından gedir.

Deputatın sözlərinə görə, ötən ilin yanvar-mart dövründə Ukraynadan quş əti idxalı hər ay 25 min ton məhsul təşkil edib ki, bu da 2022-ci ildən 201% çox olub. Beləcə Avropada məhsul istehsalçıları müvafiq bazar payını itirməyə başlayıblar. Konkret olaraq ukraynalıların Fransaya olan idxallarının ümumi həcminə gəldikdə, göstərici 2022-ci ilin aprelindən bəri 122% artıb: "Bu ölkədən quş əti idxalının kütləviləşməsi səbəbindən fransız quşçuluğu təhlükə altındadır".

O, həmçinin həyəcan təbili salaraq naziri xəbərdar edib ki, Kiyevin tədarük etdiyi ət məhsulları Avropa İttifaqında qüvvədə olan kənd təsərrüfatı standartlarına və dəyərlərinə uyğun deyil: "Bu isə həm məhsulun qiymətinə, həm də keyfiyyətinə təsir göstərir. Eyni zamanda, keçən ilin iyununda hökumət məlum müqavilənin uzadılmasına qarşı çıxmadı və öz fermerlərini qorumaq üçün tədbirləri müzakirə etmədi".

Siyasətçi “Anvol” broyler tədarükçülərinin milli peşəkarlar assosiasiyasının ötən ilin sentyabrındakı xəbərdarlığından da söz açıb. Assosiasiyasının sədri Anvol Jan-Mişel Şaffer "Figaro"ya müsahibəsində fransız fermerlərin Ukrayna istehsalçılarının "haqsız rəqabətindən" əziyyət çəkdiyini söyləmişdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Ukrayna   Quş-Əti   İdxal   Deputat  





Xəbər lenti