ABŞ: "Hücuma cavab veriləcək"

      ABŞ:    "Hücuma cavab veriləcək"
  22 Yanvar 2024    Oxunub:1056
"Ciddi cavab tədbirləri görəcəyik".
AzVision.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik müşavirinin müavini Conatan Fayner İraqda ABŞ hərbi bazasına ballistik raket hücumunu pisləyərək, tezliklə cavab veriləcəyini bildirib.

"Ballistik raket hücumları qaçılmaz təhlükə yaradır. Hücuma məsul şəxsləri çəkindirmək və məsuliyyətə götürmək naminə cavab verəcəyik", - o deyib.

Xatırladaq ki, İranın dəstəklədiyi qırıcılar şənbə günü axşam saatlarında İraqın qərbində ABŞ-yə məxsus "Eyn əl-Əsəd" aviabazasına çox sayda ballistik raketlərlə zərbələr endirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   açıqlama   hücum  





Xəbər lenti