İrəvanda həkimlər mopedlə xidmət göstərəcəklər

   İrəvanda həkimlər mopedlə xidmət göstərəcəklər
  22 Yanvar 2024    Oxunub:1214
İrəvanda təcili tibbi yardım xidmətlər ilə bağlı problemlərin həlli üçün qəribə təklif irəli sürülüb.
Ermənistanın paytaxt bələdiyyəsində keçirilən iclas zamanı meriyanın səhiyyə departamentinin rəhbəri David Karapetyan xidmətdə təcili yardım mopedlərinin tətbiqinin planlaşdırıldığını deyib.

Onun sözlərinə görə, səhiyyə nazirinin əmri ilə hər 20 min sakinə bir təcili yardım briqadası verilir. İrəvanın isə 1 milyon 75 nəfər əhalisi var: "Onların ehtiyaclarını ödəmək üçün 55 təcili yardım briqadası lazımdır. Biz artıq briqadaların sayının artırılmasını xahiş etmişik".

Karapetyan eyni zamanda bildirib ki, 2024-cü il başlayandan paytaxtda insanlar təcili yardım xidmətinə daha çox müraciət etməyə başlayıblar. Belə ki, bu ilin ilk 18 günündə xidmətə 19 min 595 müraciət daxil olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2423 dəfə və ya 14% çoxdur.

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan  





Xəbər lenti