Bayden nazirləri səhv saldı

   Bayden nazirləri səhv saldı
  23 Yanvar 2024    Oxunub:912
ABŞ prezidenti Co Bayden öz hökumətinin iki nazirini qarışdırıb. Bu barədə Britaniyanın Daily Mail qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, dövlət başçısı iclas zamanı daxili təhlükəsizlik naziri Aleksandro Mayorkas ilə səhiyyə və insan xidmətləri naziri Xavyer Beserranı qarışdırıb.

O, gender siyasəti üzrə müşaviri Cen Klayinə minnətdarlığını bildirib. Daha sonra onun yanında əyləşən Aleksandro Mayorkası Xavyer Bessera zənn edərək ona təşəkkür edib.

Lakin qəzetin vurğuladığı kimi, Beserra ümumiyyətlə, tədbirdə olmayıb, videobağlantı vasitəsilə iştirak edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti