Lavrov: "Fələstin dövləti yaranmayana qədər ərəb dünyasında qəddarlıq olacaq"

      Lavrov:    "Fələstin dövləti yaranmayana qədər ərəb dünyasında qəddarlıq olacaq"
  23 Yanvar 2024    Oxunub:1156
Ərəb və müsəlman dünyası Fələstin dövləti yaradılmayana qədər getdikcə daha çox qəddarlığa məruz qalacaq.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov CBS telekanalına müsahibəsində deyib.

“Əminəm ki, ədalət olana qədər, Fələstin dövləti yaradılmayana qədər ərəb və müsəlman dünyasının digər yerlərində zaman-zaman daha çox qəddarlıq yaranacaq”, - deyə rusiyalı nazir bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Livan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Abdullah Bu Həbiblə görüşündə Livanın Fələstin-İsrail münaqişəsinə cəlb edilməməli olduğunu vurğulamışdı.

Lavrov həmçinin münaqişənin gərginləşməsindən narahatlığını ifadə edib və Qəzzada atəşkəsə nail olmaq və humanitar problemləri həll etmək üçün kollektiv səylərə çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti