Abdullahiyan və Lavrov Nyu-Yorkda görüşüblər

   Abdullahiyan və Lavrov Nyu-Yorkda görüşüblər
  23 Yanvar 2024    Oxunub:1058
BMT Təhlükəsizlik Şurasının sabahkı iclasında iştirak üçün Nyu-Yorka gedən İran və Rusiya XİN rəhbərləri arasında görüş baş tutub.
AzVision.az xəbər verir ki, görüş zamanı ikitərəfli və regional məsələlər barədə müzakirə aparılıb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qəzza xalqının müqaviməti nəticəsində İsrailin öz məqsədlərinə çata bilmədiyini vurğulayaraq, "sionist rejimin Suriya və Livana son hücumlarını dünya ictimaiyyətinin diqqətini bu uğursuzluqdan yayındırmaq cəhdi kimi" qiymətləndirib.

O həmçinin Rusiya ilə ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən məmnunluğunu dilə gətirərək, Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə Tehrana səfəri çərçivəsində iki ölkə arasında genişmiqyaslı strateji əməkdaşlıq sazişinin imzalanacağına ümid etdiyini bildirib.

Rusiya XİN rəhbəri Sergey Lavrov da ikitərəfli danışıqlardan məmnunluğunu diqqətə çatdırıb və əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   İran   XİN   görüş  





Xəbər lenti