Yeni Zelandiya Qırmızı dəniz koalisiyasına qoşulur

   Yeni Zelandiya Qırmızı dəniz koalisiyasına qoşulur
  23 Yanvar 2024    Oxunub:911
Yeni Zelandiya Qırmızı dənizdə təhlükəsizlik naminə beynəlxalq koalisiyanın bir hissəsi kimi Yaxın Şərqə müdafiə qrupu göndərəcək.
AzVision.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Baş naziri Kristofer Lakson bəyanat yayıb.

"Heç bir Yeni Zelandiya heyəti Yəmənə girməyəcək və ya hər hansı döyüşə qoşulmayacaq, yalnız gəmilərin kollektiv özünümüdafiəsinə töhfə verəcək. Husilərin gəmilərə qeyri-qanuni, yolverilməz hücumları sabitliyi dərindən sarsıdır. Regiona müdafiə qrupu göndərməklə göstəririk ki, həm Yaxın Şərqdə, həm də öz ətrafımızda naviqasiya azadlığını qoruyur, dəstəkləyirik", - nazir söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: YeniZelandiya   Qırmızıdəniz   koalisiya  





Xəbər lenti