"Rusiyadan müttəfiqlərimizə qarşı təhlükə görümürük" - NATO

      "Rusiyadan müttəfiqlərimizə qarşı təhlükə görümürük"    - NATO
  23 Yanvar 2024    Oxunub:1121
NATO hazırda Rusiyadan müttəfiqlərindən heç birinə qarşı təhlükə görmür.
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq briffinqdə çıxışı zamanı deyib.

"Biz heç bir müttəfiqə qarşı birbaşa və ya hansısa formada təhlükə görmürük. Rusiyanın hərəkətlərini diqqətlə izləyir, sayıqlığımızı, alyansın şərq cinahındakı mövcudluğunu artırırıq. Bütün bunlarda əsas məqsəd hər hansı müttəfiqə qarşı hücumun qarşısını almaqdır", - o qeyd edib.

Almaniyanın müdafiə naziri: "Rusiyanın hücumuna hazır olmalıyıq"
Stoltenberq həmçinin vurğulayıb ki, fevralda alyansa üzv ölkələrin müdafiə nazirləri hərbi məhsulların istehsalının artırılması məsələlərini müzakirə edəcəklər.

NATO-nun baş katibi, həmçinin qurumun 155 mm çaplı sursat istehsalına 1,2 milyard dollar həcmində irimiqyaslı investisiyalar yatırdığını açıqlayıb.

Qeyd edək ki, son günlər xarici KİV-də Rusiyanın NATO ölkələrindən birinə hücuma hazırlaşması barədə məlumatalar yayılır. Bu mövuzda ən çox Almaniyanın adı çəkilir. Hətta Almaniyanın müdafiə naziri Boris Pistorius ZDF telekanalına diqqət çəkən açıqlamalar verərək deyib ki, ölkəsi Rusiyanın mümkün hücumuna hazırlaşmalıdır.

Bir neçə gün öncə "Bild" qəzeti bu mövzuda sensasiyalı məqalə dərc etmişdi. Nəşr yazıb ki, Bundesverdən redaksiyaya Almaniyanın Rusiya ilə müharibə planı hazırlamasından bəhs edən məxfi sənəd daxil olub. Sənədə görə, münaqişə 2025-ci ildə Ukraynanın məğlubiyyətindən sonra başlaya bilər. İddia edilir ki, Rusiya Suvalski dəhlizinə hücum etmək üçün Kalininqrada qoşun yeridəcək və NATO buna şərq cinahına 300 min əsgər göndərməklə cavab verəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Rusiya   Hücum   Almaniya  





Xəbər lenti