İrəvan “Sputnik"in yayımına qoyduğu qadağanı götürdü

İrəvan “Sputnik"in yayımına qoyduğu qadağanı götürdü
  23 Yanvar 2024    Oxunub:871
Ermənistanın Televiziya və Radio Komissiyası Rusiyanın “Sputnik Ermənistan” radiosunun ölkədə yayımına qoyulan qadağanı ləğv edib.
Qeyd olunub ki, radiostansiya yanvarın 25-də efirə qayıdacaq.

“Biz hesab edirdik ki, yayımın bərpası üçün minimum tələblər yerinə yetirilib. Rusiya tərəfində təəssüf hissi var”, - deyə departamentin rəhbəri Tiqran Akopyan bildirib.

Akopyan əlavə edib ki, lazımi tələblər yerinə yetirilməsə, lisenziya ləğv ediləcək, “Sputnik Ermənistan” radiosunun retranslyatoru olan “Tospa” şirkəti isə ölkədə yayımlanmayacaq.

Qeyd edək ki, dekabrın 20-də komissiya “Tospa”nın lisenziyasını 30 gün müddətinə ləğv edib. Agentlik radio yayımlarında “Audiovizual media haqqında” ölkə qanununun bir sıra müddəalarının pozulmasını iddia edir. Söhbət “Cümə günü Tiqran Keosayanla” verilişinin 17 noyabr 2023-cü il tarixli buraxılışından gedir. Ermənistan hakimiyyətinin fikrincə, aparıcı ölkənin şərəf və ləyaqətini alçaldan bəyanatlar verib.
AzVision.az



Teqlər:





Xəbər lenti