Duma təyyarə qəzasına görə Konqreslə Bundestaqa müraciət hazırlayır

Duma təyyarə qəzasına görə Konqreslə Bundestaqa müraciət hazırlayır
  24 Yanvar 2024    Oxunub:977
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Belqorod vilayətində İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı ABŞ Konqresi və Bundestaqa müraciət hazırlamağı tapşırıb.
AzVision.az xəbər verir ki, bu barədə RT məlumat yayıb. Volodin həmçinin hadisə zamanı hansı raketlər və buraxılış qurğularından istifadə edilməsini araşdırmağı təklif edib.

Dəhşətli təyyarə qəzasında 65 ukraynalı əsir öldü - VİDEO
Qeyd edək ki, bu gün Rusiyanın Belqorod vilayətində İl-76 hərbi nəqliyyat təyyarəsi partlayıb.
Rusiya Müdafiə nazirliyi təyyarənin əsir götürülmüş 65 Ukrayna hərbçisinin dəyişdirilmək üçün Belqorod vilayətinə apardığını bəyan edib. Göyərtədə həmçinin altı ekipaj üzvü və onları müşayiət edən üç nəfər də olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Təyyarə  





Xəbər lenti