Rusiya BMT TŞ-nin təcili iclasının keçirilməsini tələb edib

 Rusiya BMT TŞ-nin təcili iclasının keçirilməsini tələb edib
  24 Yanvar 2024    Oxunub:971
Rusiya Federasiyası İl-76 təyyarəsinə edilən hücumla bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi həqiqətən də BMT Təhlükəsizlik Şurasına sədrlik edən Fransanın öz öhdəliklərini vicdanla yerinə yetirəcəyinə və belə bir görüşü ən qısa zamanda təyin edəcəyinə ümid edir.

Qryd edək ki, bu gün Belqorod vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsi vurulub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, həmçinin altı ekipaj üzvü və üç onu müşayiət edən şəxs olub. Departamentdən bildirilib ki, təyyarə Ukrayna Silahlı Qüvvələrinin hərbçilərini Belqoroda çatdırmalı idi. Oradan onları məhbus mübadiləsi zonasına aparmağı planlaşdırıblar.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, İl-76 təyyarəsi Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətindən atdığı zenit-raket kompleksləri ilə vurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti