"Qərb İrəvanla Bakını Brüssel və Parisə "şirnikləndirir"" - Lavrov

   "Qərb İrəvanla Bakını Brüssel və Parisə "şirnikləndirir"" -    Lavrov
  24 Yanvar 2024    Oxunub:1139
Qərb Azərbaycan və Ermənistan arasında nizamlanmada Rusiyanın rolunu düzgün hesab etmir və hər iki ölkəni Brüssel, Paris və Vaşinqtona "şirnikləndirir".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakının yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, prezident Putin 44 günlük müharibənin sona çatmasında, eləcə də bir neçə üçtərəfli sənədlərin razılaşdırılmasında həlledici rol oynayıb, sərhədin delimitasiyası, ticarət və nəqliyyat yollarının açılması məsələləri də daxil olmaqla, sülh müqaviləsinin imzalanmasının əsas parametrlərini müəyyən edib.

Rusiyanın baş diplomatı Qarabağdakı sülhməramlılar haqqında da danışıb. Onun sözlərinə görə, sülhməramlılar Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir.

“Prezidentlər bu mövzunu müzakirə ediblər, onlar razılaşıblar ki, hazırkı mərhələdə Rusiya sülhməramlılarının mövcudluğu sabitliyin möhkəmləndirilməsi, regionda etimadın yaradılması və Qarabağ sakinlərinin geri qayıtmasına, kimlər ki, bunu etmək istəyir, kömək etmək üçün müsbət rol oynayır”, - deyə Lavrov vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti