Macarıstan parlamenti İsveçlə bağlı iclas keçirməyəcək

   Macarıstan parlamenti İsveçlə bağlı iclas keçirməyəcək
  25 Yanvar 2024    Oxunub:1044
Macarıstan Milli Assambleyasının sədri Laslo Köver qanunverici orqanın İsveçin NATO-ya üzvlük sazişini ratifikasiya etmək üçün növbədənkənar iclas keçirməyəcəyini bildirib.
O, “İndex”ə müsahibəsində bunu vəziyyətin fövqəladə olmadığı ilə izah edib. Onun sözlərinə görə, İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası məsələsində heç bir aktuallıq yoxdur. Parlamentin spikeri vurğulayıb ki, o, bu vəziyyəti “bir növ müstəsna hal” hesab etmir.

“Hər zaman Macarıstanın maraqlarına cavab verməyən müxalifət partiyalarından birinin belə bir görüşün çağırılması təşəbbüsü ilə çıxış edəcəyinə şübhəm yoxdur, lakin bu, çox güman ki, uğur gətirməyəcək”.

AzVision.az


Teqlər:





Xəbər lenti