Əfqanıstanda qəzaya uğrayan Rusiya təyyarəsindən 1,2 milyon dollar oğurlandı

  Əfqanıstanda qəzaya uğrayan Rusiya təyyarəsindən 1,2 milyon dollar oğurlandı
  25 Yanvar 2024    Oxunub:979
Əfqanıstanda qəzaya uğrayan Rusiyanın Falcon 10 təyyarəsindən 1,2 milyon dollar oğurlanıb.
Bu barədə Əfqanıstanın “Hasht e Subh” nəşri regiondakı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, qəza yerinə gələn ilk qrup “Taliban” silahlı qüvvələrinin baş qərargah rəisi ilə bağlı olan şəxslərdir.

Nəşrin məlumatına görə, oğurluqdan sonra təyyarənin qəzaya uğradığı Bədəxşan vilayətində “Taliban”ın təyin etdiyi qubernator təşkilatın baş nazirinin müavini Məhəmməd Həsən Axundun göstərişi ilə faktların müəyyən edilməsi və işin araşdırılması üçün komissiya təyin edib.

KİV-in məlumatına görə, istintaq komissiyasına Bədəxşanda “Taliban”ın kəşfiyyat idarəsinin başçısı rəhbərlik edir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti