Fransalı zabitlərin "İl-76" qəzasında əli ola bilər

  Fransalı zabitlərin "İl-76" qəzasında əli ola bilər
  25 Yanvar 2024    Oxunub:1012
Belqorod vilayətində baş verən İl-76 təyyarəsinin qəzaya uğramasında Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv ölkələrin yüksək rütbəli zabitləri iştirak etmiş ola bilər.
Dəhşətli təyyarə qəzasında 65 ukraynalı əsir öldü - VİDEO
Bunu “İzvestiya” qəzetinə müsahibə verən amerikalı politoloq Con Varoli deyib. "Əminəm ki, bu, bəzi NATO ölkələrinin qisasıdır", - ekspert vurğulayıb.

Xüsusilə, o, hadisədə fransız zabitlərinin əli ola biləcəyinə işarə edib. Varolinin sözlərinə görə, bu versiyanın lehinə arqumentlərdən biri ölkənin bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını təxirə salmaq cəhdləridir.

Qeyd edək ki, Rusiyanın Belqorod vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 74 nəfər, o cümlədən 65 ukraynalı əsir həlak olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti