BƏƏ və Rusiya arasında vergi sazişləri üzrə danışıqlar dalana dirənib

   BƏƏ və Rusiya arasında vergi sazişləri üzrə danışıqlar dalana dirənib
  25 Yanvar 2024    Oxunub:1030
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Rusiya arasında yeni ikiqat vergi müqaviləsi üzrə müzakirələr fikir ayrılıqlarına görə dalana dirənib.
AzVision.az xəbər verir ki,bu barədə “Forbes” yazıb.

“BƏƏ üçün çox vacibdir ki, yenilənmiş vergi şərtləri qonşu dövlətlərdə mövcud olanlardan daha pis olmasın. Buna görə də onlar Rusiyanı digər razılaşmalara yenidən baxmağa sövq etməyə başlayıblar”, - deyə mənbələrdən biri nəşrə bildirib.

Əbu-Dabi qonşu ölkələrdə oxşar vergi dərəcələri tətbiq olunarsa, faiz, dividend və royaltini 10% müəyyən etməyə razıdır. Hazırda Qətər və Səudiyyə Ərəbistanı üçün bu nisbət 5%-dir. Rusiya BƏƏ-nin təklifi ilə “konseptual olaraq razılaşmır”, lakin danışıqları davam etdirir.

AzVision.az



Teqlər:





Xəbər lenti