ABŞ Senatı Rusiyanın aktivlərinin müsadirəsini təsdiqlədi

   ABŞ Senatı Rusiyanın aktivlərinin müsadirəsini təsdiqlədi
  26 Yanvar 2024    Oxunub:946
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiya Federasiyasının Ukraynaya yardım və digər məqsədlər üçün aktivlərinin müsadirə edilməsi haqqında qanun layihəsini təsdiqləyib.
Bu barədə “Vedomosti” qəzeti hakimiyyətin sənədləri nə istinadən xəbər verib. Müvafiq komitənin 21 üzvündən 20-si Rusiya aktivlərinə həbs qoyulmasına imkan verən sənədin lehinə səs verib.

Komitə sədri Bea Kardin qeyd edib ki, bu qanun layihəsi ABŞ-ın müharibə aparmadığı dövlətin vəsaitlərinin müsadirə edilməsi üçün ilk şərait yaradacaq. Sənəd qəbul olunarsa, Qərb ölkələri tərəfindən dondurulmuş 300 milyard dolların yalnız 5 milyard dollarını müsadirə edib istifadə ediləcək.

Senatın Xarici Əlaqələr Komitəsinə əlavə olaraq, sənəd 2023-cü ilin sentyabrında ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən də təsdiqlənib. Qanun layihəsi 2023-cü il iyunun 15-də Konqresə təqdim edilib. Sənəd yalnız Konqresin hər iki palatasında təsdiqləndikdən və ABŞ prezidenti Co Baydenin imzasından sonra hüquqi qüvvəyə minə bilər.


İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti