Sərnişin təyyarəyə qumbara ilə minmək istədi

Sərnişin təyyarəyə qumbara ilə minmək istədi
  26 Yanvar 2024    Oxunub:723
Rusiyada Moskvadan Orenburqa uçmağı planlaşdıran sərnişinin baqajından qumbara tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.

"Səhər tezdən Şeremetyevo hava limanının əməkdaşları baqajları yoxlayarkən şübhəli əşya görüblər. Onlar "F-1" qumbarasına oxşayan partlayıcı aşkar etdikdən sonra təhlükəsizlik işçiləri 3 saylı girişi bağlayaraq insanları evakuasiya ediblər.

Daha sonra hadisə yerinə polis və Milli Qvardiyanın partlayıcılar üzrə mütəxəssisləri gəlib. Təhlükəli əşyanın həqiqətən də döyüş qumbarası olması təsdiqlənib. Yükün sahibi sahibi reysdən uzaqlaşdırılıb.", - məlumatda yazılıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: Qumbara   Rusiya  





Xəbər lenti