Avstraliyalılar milli bayram günündə etiraza qalxdılar

Avstraliyalılar milli bayram günündə etiraza qalxdılar
  26 Yanvar 2024    Oxunub:766
Etirazçılar Avstraliyanın milli bayramı sayılan 26 Yanvar - Avstraliya Gününü "İşğal Günü" kimi qiymətləndirirlər.
AzVision.az xəbər verir ki, Sidney ve Melburn şəhərlərində keçirilən böyük aksiyalarda nümayişçilər sözügedən tarixin "yerli xalq üçün Böyük Britaniya müstəmləkəçiliyin başlanğıcı" olduğunu bildiriblər.

Melburnda Viktoriya Ştat Parlamenti qarşısına toplaşaraq yerli xalqın bayraqlarını dalğalandıranlar bayramın "yas günü kimi keçirilməsini, bayramın tarixinin dəyişdirilməsini" tələb ediblər.

Ölkədəki aparıcı idman klubları da tələbi dəstəkləyərək bu günün Avstraliya Günü adlanmasına qarşı çıxıb.

Nümayişlər çərçivəsində Ceyms Kukun (1770-ci ildə Sidney sahillərinin xəritəsini çəkən ingilis dəniz zabiti) heykəli topuq nahiyəsindən qırılıb və kraliça Viktoriyanın heykəlinə isə qan simvolu qırmızı boya atılıb.

Ölkədə nifrətlə qarşılanan Avstraliya Günü 26 yanvar 1788-ci ildə məhkumları daşıyan 11 ingilis gəmisinin bugünkü Sidneyə çatmasının ildönümü kimi qeyd edir. Fəallar məhz bu səbəblə həmin günü yerli xalqa qarşı ayrı-seçkiliyin və onların öz yurdlarından didərgin salınmasının, müstəmləkəçiliyin başlanğıcıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Avstraliya   etirazlar  





Xəbər lenti