Putinlə Ərdoğanın görüşdə müzakirə edəcəyi məsələlər açıqlanıb

   Putinlə Ərdoğanın görüşdə müzakirə edəcəyi məsələlər açıqlanıb
  29 Yanvar 2024    Oxunub:786
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Ərdoğan bu ilin fevralında Türkiyədə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər.
AzVision.az xəbər verir ki, "Ria Novosti" bu barədə Ankaradakı diplomatik mənbəyə istinadən xəbər verir.

Diplomat qeyd edib ki, Türkiyə prezidenti bu istiqamətdə vasitəçilik səylərini əsirgəmir. "İstanbul sülh prosesini bərpa etmək üçün tərəflərə dəfələrlə çağırış olub”, – adının açıqlanmayan türk diplomatı bildirib.

O, həmçinin Rusiya və Türkiyə liderlərinin müzakirə edə biləcəyi digər mövzulara - taxıl sazişinin yenilənməsi və regional Yaxın Şərq gündəliyinə də işarə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti