"İran ABŞ-ın Suriyadakı bazasına hücumda iştirak etmir"

   "İran ABŞ-ın Suriyadakı bazasına hücumda iştirak etmir"
  29 Yanvar 2024    Oxunub:1010
İran hökuməti Suriyada Amerika bazasına edilən və üç amerikalı əsgərin ölümü ilə nəticələnən hücumda iştirakının olmadığını bəyan edib.
İslam Respublikasının BMT-dəki nümayəndəsinin İRNA-ya verdiyi məlumata görə, İran tərəfinin hücumla heç bir əlaqəsi yoxdur.

İraq və İordaniya ilə sərhəd yaxınlığında yerləşən Əl-Tanf bazasına pilotsuz təyyarə zərbəsi nəticəsində 3 amerikalı hərbçi həlak olub, 33 nəfər yaralanıb.

ABŞ prezidenti Co Bayden bununla bağlı bildirib ki, Pentaqon hücumun arxasında hansı radikal qrupların dayandığını bilir. Onun sözlərinə görə, bu qruplar mütləq cəzalandırılacaqlar.

Öz növbəsində senator Lindsi Qrem İrana birbaşa zərbə endirməyə çağırıb. Onun fikrincə, hətta İranın bütün etibarlı qüvvələrinin məhv edilməsi də təcavüzü dayandırmayacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti