Ukrayna ordusunun baş komandanı vəzifəsindən azad edilib?

    Ukrayna ordusunun baş komandanı vəzifəsindən azad edilib?
  29 Yanvar 2024    Oxunub:850
Ukrayna prezidenti Vladimir Zelenski ölkə silahlı qüvvələrinin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad etməyib.

Bunu dövlət başçısının mətbuat katibi Sergey Nikiforov ali baş komandanın istefası ilə bağlı geniş yayılmış məlumatlar fonunda bildirib.

“Qətiyyən yox. Prezident baş komandanı işdən azad etməyib”, - o, yerli mətbuata şərhində bildirib.

Xatırladaq ki, daha öncə Ukraynanın bir sıra teleqram kanalları, habelə ölkənin keçmiş deputatı Zalujnının guya vəzifəsindən azad olunduğunu açıqlayıb.


AzVision.az


Teqlər:





Xəbər lenti