Siyasətçinin qətlinə görə 15 nəfərə ölüm cəzası kəsildi

Siyasətçinin qətlinə görə    15 nəfərə    ölüm cəzası kəsildi
  30 Yanvar 2024    Oxunub:827
Hindistanın Kerala ştatında məhkəmə üç il əvvəl törədilən qətlə görə 15 nəfəri ölüm cəzasına məhkum edib.
Bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

2021-ci ildə bir qrup şəxs qabaqcadan əlbir olaraq "BJP OBC Morcha" partiyasının yerli şöbəsinin katibi Ranjit Srinivasanın evinə soxularaq onu anası, həyat yoldaşı və qızının gözü qarşısında öldürüblər. Hücum edənlərin qadağan olunmuş Hindistan Xalq Cəbhəsi qrupunun və onun siyasi qolu olan Hindistan Sosial Demokrat Partiyasının üzvləri olduğu üzə çıxıb. Daha sonra onların hamısı saxlanılıb.

İttiham tərəfi onlara maksimum cəza istəyib.

Qeyd edək ki, Hindistanda ölüm cəzası ölkənin Cinayət Məcəlləsinə görə, qətl, terrorizmlə əlaqəli cinayətlər, zorlama, adam oğurluğu, narkotik ticarəti və casusluq üçün tətbiq edilir. Hazırda Hindistanda ölüm hökmündə olan 480-dən çox məhbus var. Sonuncu dəfə ölüm hökmü 2020-ci ilin martında icra olunub.
AzVision.az



Teqlər:





Xəbər lenti