"Kətaib Hizbullah" ABŞ qüvvələrinə hücumları dayandırıb

   "Kətaib Hizbullah" ABŞ qüvvələrinə hücumları dayandırıb
  31 Yanvar 2024    Oxunub:1235
İraqda fəaliyyət göstərən "Kətaib Hizbullah" terror qruplaşması regiondakı ABŞ hərbi qüvvələrinə hücum əməliyyatlarını dayandırdığını bildirib.
AzVision.az xəbər verir ki, bu barədə terror qruplaşmasının lideri Əhməd Əl-Həmidavi bəyanat yayıb.

"İşğal qüvvələrinə qarşı hərbi-təhlükəsizlik əməliyyatlarını dayandırdıq. Qəzza xalqını müdafiə missiyamızı başqa üsullarla davam etdirəcəyik", - bəyanatda deyilir.

İranın maliyyələşdirdiyi qruplaşmanın qərarına səbəb kimi "İraq hökumətinin utanmasının qarşısını almaq" göstərilib.

Xatırladaq ki, İordaniyadakı ABŞ hərbi bazasına 3 amerikalı əsgərin ölümü ilə nəticələnən PUA hücumunun məhz "Kətaib Hizbullah" tərəfindən həyata keçirildiyi bildirilmiş və Bayden "cavab əməliyyatı" üçün əmr vermişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   YaxınŞərq   qruplaşma  





Xəbər lenti