Ermənistan İqtisadiyyat Nazirliyində axtarış aparılır

   Ermənistan İqtisadiyyat Nazirliyində axtarış aparılır
  31 Yanvar 2024    Oxunub:790
Ermənistan Milli Təhlükəsizlik Xidməti İqtisadiyyat Nazirliyində əməliyyat-istintaq tədbirləri həyata keçirir.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a iqtisadiyyat nazirinin mətbuat katibi Astqi Sarkisyan məlumat verib.

Keçmiş nazir müavini Ani İspiryanın və Dövlət İnvestisiya Siyasəti Departamentinin rəhbəri Liliya Sirakanyanın kabinetində axtarışların aparılması ilə bağlı mətbuatda dərc olunan yazılara gəlincə, Sarkisyan qeyd edib ki, istintaq tədbirlərini şərh etmir.

“Sputnik Armeniya”nın məlumatına görə, İspiryan və Sirakanyan dindirilmək üçün aparılıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Ani İspiryan nazir müavini vəzifəsindən azad edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti