Norveç son 30 ilin ən güclü qasırğasına hazırlaşır

Norveç son 30 ilin ən güclü qasırğasına hazırlaşır
  31 Yanvar 2024    Oxunub:912
Norveçin hakimiyyət orqanları ölkə sakinlərini evlərini tərk etməməyə və son 30 ilin ən güclü qasırğasının yaxınlaşması ilə əlaqədar maksimum ehtiyatlı olmağa çağırıb.
AzVision.az Associated Press agentliyinə istinadla xəbər verir ki, “İnqunn” adlanan qasırğanın şimala doğru hərəkət etməzdən əvvəl Norveçin mərkəzini vuracağı gözlənilir. Krallığın səlahiyyətli orqanları Tronheym bölgəsi və Lofoten adaları üçün “qırmızı” təhlükə səviyyəsi elan edib.

Norveç polisi sahildə sürəti saatda 125-180 kilometrə çatan güclü küləklərin müşahidə olunacağı barədə xəbərdarlıq edib. Bu səbəbdən aviakompaniyalar və bərə şirkətləri işdə fasilələr yaranacağını proqnozlaşdırırlar.

Ölkənin adaları arasında nəqliyyat əlaqəsini təmin edən bir sıra bərə operatorları reyslərini artıq dayandırıb. Bundan əlavə, hakimiyyət bəzi məktəblərin, eləcə də ölkənin dağlıq rayonlarında yolların, tunellərin və körpülərin bağlanmasına göstəriş verib.

AzVision.az



Teqlər:





Xəbər lenti