“Ermənistanın təhlükəsizliyi KTMT-dan kənarda təmin oluna bilməz”

   “Ermənistanın təhlükəsizliyi KTMT-dan kənarda təmin oluna bilməz”
  01 Fevral 2024    Oxunub:873
“Ermənistanın hərbi-texniki sahədə təhlükəsizliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kənarda təmin oluna bilməz”.
Bunu Rusiya XİN-in KTMT məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyev bildirib. O, Ermənistanın KTMT tədbirlərində iştirak etməməsini Qərbin bu ölkəyə təzyiqləri ilə əlaqələndirib:

“Qərb Ermənistana təzyiq göstərməklə Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır. Ermənistan 2023-cü ilin noyabrında keçirilən Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak etməsə də, orada qəbul olunan sənədlər hazırda rəsmi İrəvan tərəfindən nəzərdən keçirilir və onların bir neçəsi ilə bağlı razılıq əldə edilib”.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti