Qallant: "Sonadək gedəcəyik, başqa yol yoxdur"

      Qallant:    "Sonadək gedəcəyik, başqa yol yoxdur"
  02 Fevral 2024    Oxunub:1308
İsrail Silahlı Qüvvələri Qəzza zolağında hərbi əməliyyatları Rəfəh şəhərinə doğru genişləndirir.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant "X" hesabında bəyanat yayıb.

"HƏMAS-ın Xan-Yunis şəhərindəki briqadası dağıdılıb. Orada missiyanı başa vurub, Rəfəh şəhərinə üz tutacağıq. Qüvvələrimizin HƏMAS mövqelərinə böyük təzyiq bizi əsirlərin geri qaytarılmasına daha da yaxınlaşdırır. Sonadək gedəcəyik, başqa yol yoxdur" , - nazir bildirib.

Misirlə sərhəddə yerləşən Rəfəh Qəzza zolağının ən cənubdakı şəhəridir. Şimaldan didərgin düşən fələstinlilər buraya pənah gətiriblər. İsrailin əməliyyatları genişləndirəcəyi təqdirdə onların daha da cənuba getməsi üçün artıq yer yoxdur.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Qəzza   Rəfəh   əməliyyatlar  





Xəbər lenti