Vilnüsdə təyyarə zolaqdan çıxıb, aeroport üç saat bağlanıb

Vilnüsdə təyyarə zolaqdan çıxıb, aeroport üç saat bağlanıb
  03 Fevral 2024    Oxunub:1055
Litvanın paytaxtı Vilnüs şəhərinin hava limanında 179 sərnişin və altı ekipaj üzvündən ibarət təyyarə eniş zamanı uçuş-enmə zolağından çıxıb.
AzVision.az xəbər verir ki, Milandan gələn təyyarənin uçuş-enmə zolağından çıxması nəticəsində Vilnüs Beynəlxalq Hava Limanı üç saat bağlanıb.

İlkin məlumata görə, hadisəyə əlverişsiz hava şəraiti səbəb olub.

Xəsarət alan olmayıb.

AzVision.az


Teqlər: Litva   Vilnüs   təyyarə  





Xəbər lenti