İsrail səfiri qəbuledilməz bəyanatlara görə Rusiya XİN-ə çağırılacaq

İsrail səfiri qəbuledilməz bəyanatlara görə Rusiya XİN-ə çağırılacaq
  05 Fevral 2024    Oxunub:949
İsrail səfiri Simon Halperinin Moskva üçün qəbuledilməz bəyanatlarla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Halperin Rusiyanın xarici siyasət yanaşmalarını və tarixi reallıqları təhrif edən açıq bəyanatlar verib.

Bundan əlavə, İsrail səfirinin Holokostun yalnız yəhudi xalqının məhv edilməsi prosesi olmasına dair sözləri BMT Baş Assambleyasının qətnaməsinə də ziddir: "Halperinin bəyanatları “diplomatik missiya üçün son dərəcə uğursuz başlanğıcdır".

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti