Cüdoçu qızlar Almaniyada tatamiyə çıxacaqlar

Cüdoçu qızlar Almaniyada tatamiyə çıxacaqlar
  22 Mart 2024    Oxunub:992
Azərbaycan cüdoçuları Almaniyada yeniyetmə və gənc qızlar arasında keçiriləcək beynəlxalq Türingiya Kubokunda iştirak edəcəklər.
Azərbaycan Cüdo Federasiyasından AzVision.az -a verilən məlumata görə, ölkəmiz martın 23-24-də baş tutası yarışda 6 çəki dərəsində 15 cüdoçu ilə təmsil ediləcək.

Yığma üzvlərindən Xədicə Abdullayeva (40 kiloqram), Leyla Ələkbərova, Nərmin Məmmədli (hər ikisi 44 kiloqram), Nuranə Hacızadə, Diana Eldarova, Könül Eyvazlı, Nərmin Xəlilzadə (hamısı 48 kiloqram), Vüsalə Hacıyeva, Aysun Məmmədova, Aliyə Rüstəmova, Səmayə Yusifli (hamısı 52 kiloqram), Aytən Verdiyeva, Nilgül Rzayev (hər ikisi 57 kiloqram), Mələk Bayramlı, Fidan Cəlilli (hər ikisi 63 kiloqram) tatamiyə çıxacaqlar.

Onlara yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

AzVision.az


Teqlər: idman   cüdo   Almaniya   kubok  





Xəbər lenti