Dövlət qurumlarına kibertəhdidlər 21 % azalıb

Dövlət qurumlarına kibertəhdidlər 21 % azalıb
  11 Aprel 2024    Oxunub:983
Bu ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 252 kiberhücum indikatoru (IOC) müəyyən edib.
XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 21 % azdır. Kibertəhdidlərin 143-ü daxili araşdırma, 109-u isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 259,925 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 230 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 56 min 792 zərərverici tərkibli elektron sənəd blok edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti