XİN-də Ukraynanın ölkəmizə yeni səfiri ilə görüş baş tutub

   XİN-də Ukraynanın ölkəmizə yeni səfiri ilə görüş baş tutub
  29 Aprel 2024    Oxunub:980
Xarici işlər nazirinin müavini Samir Şərifov Ukraynanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ilə görüşüb.
XİN-dən AzVision.az -a verilən məlumata görə, səfir əvvəla etimadnaməsinin surətlərini təqdim edib.

Görüş zamanı Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Səfir Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün maksimum səy göstərməyə hazır olduğunu vurğulayıb.

Tərəflər həmçinin qlobal və regional təhlükəsizliklə bağlı gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Səfirə ölkəmizdəki fəaliyyəti müddətində uğurlar arzulanıb.

AzVision.az


Teqlər: Azərbaycan   Ukrayna   səfir   XİN  





Xəbər lenti