Azərbaycanlı hüquqşünas Ukraynada yaralandı

   Azərbaycanlı hüquqşünas Ukraynada yaralandı
  30 Aprel 2024    Oxunub:978
Rusiyada yaşayan azərbaycanlı hüquqşünas Elman Paşayev Ukrayna müharibəsində yaralanıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Maksim Şevçenko məlumat yayıb.

O bildirib ki, Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan Elman Paşayev ağır yaralanıb.

"Müqavilə imzalayan və cəbhə xəttində olan tanınmış hüquqşünas Elman Paşayev ağır yaralanıb. O, xəstəxanaya təxliyyəsinin ləngidiyini bildirən mesaj göndərib və bunun qəsdən edildiyini iddia edir. Elman Paşayevin təxliyyəsində köməklik göstərilməsi üçün hər kəsdən böyük xahişim var", - deyə Şevçenko açıqlayıb.

Qeyd edək ki, Elman Paşayev Rusiyada uzun müddət vəkil kimi fəaliyyət göstərib.

Tanınmış rusiyalı aktyor Mixail Yefremovun ölümlə nəticələnən avtomobil qəzasından sonra azərbaycanlı vəkil onu məhkəmədə müdafiə edib. Lakin Paşayev məhkəməni uduzub. Daha sonra RF Ədliyyə Nazirliyi Paşayevin vəkillik statusuna xitam verib.

AzVision.az


Teqlər:





Xəbər lenti