"Tələbə-məzun" elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıb

   "Tələbə-məzun" elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıb
  30 Aprel 2024    Oxunub:1533
"Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulmalı dövlət orqanlarının sayı artırılıb.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə fərman imzalayıb.

Fərmana əsasən, Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulan qurumların siyahısına əlavə edilib.

AzVision.az


Teqlər: Prezident   fərman  





Xəbər lenti