Antibiotik istifadəsi keçmişdə qala bilər

Antibiotik istifadəsi keçmişdə qala bilər
  01 May 2024    Oxunub:872
Süni intellektin köməyi ilə bakteriyaları antibiotikə ehtiyac olmadan öldürməyin yolu tapılıb.
Həm antibiotiklərin, həm də antibiotik olmayan dərmanların istifadəsinin yeni yollarını araşdıran alimlər müxtəlif dərmanlar arasında oxşarlıqları aşkar edən alqoritm hazırlayıblar. Bu şəkildə dərmanlar mutasiyaya uğramış bakteriyalara necə təsir etdiyinə görə qruplara bölünür.

Tədqiqatçılar antibiotik qruplarını müşahidə ediblər. “Science” elmi jurnalında dərc edilən araşdırmanın müəlliflərindən biri olan Mariana Noto bildirib ki, hüceyrə divarını hədəf alan bütün antibiotiklər, bakteriyaların DNT replikasiyasına mane olan antibiotiklərdən tamamilə ayrı bir qrupda qruplaşdırılıb. Antibiotik olmayan dərmanlar bu analizə daxil edildikdə, antibiotiklərdən tamamilə fərqli qruplara bölündü. Bu, antibiotiklərin və antibiotik olmayan dərmanların bakterial hüceyrələri öldürmək üçün müxtəlif üsullardan istifadə etdiyini göstərir.

Sonra tədqiqatçılar narahatlıq, infeksiyalar və qan təzyiqini araşdırıblar. Onlar antibiotik olmayan dərmanlara məruz qalan bakteriyaların genomlarını ardıcıllıqla sıralayıblar. Bu yolla alimlər infeksiyaların müalicəsində istifadə edilən bakteriyaları öldürmək məqsədi daşıyan zülalı müəyyən edə biliblər. Tədqiqatçılar ümid edirlər ki, gələcək tədqiqatlar bakterial infeksiya və antibiotiklərə qarşı müqavimətlə mübarizə aparmaq üçün yeni yollar tapacaq.

Süni intellekt səhiyyə sahəsində mühüm uğurlar qazanır, keçən il - 60 ildən sonra ilk dəfə olaraq yeni antibiotikin kəşfinə imkan yaradıb. Yeni kəşf edilən birləşmə hər il minlərlə insanın ölümünə səbəb olan “MRSA” adlı proteini öldürə bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti