Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü yekunlaşıb

   Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü yekunlaşıb
  01 May 2024    Oxunub:910
Bakıda keçirilən VI Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb.
AzVision.az xəbər verir ki, ilk gündə 3 plenar, 4 panel sessiyası, nazirlərin beşinci, beynəlxalq təşkilatların 3-cü zirvə görüşü keçirilib.

Sessiyalar zamanı çıxışçılar uyğun mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Çıxışçılar hazırda dünyada mövcud bir sıra problem və təhdidləri dilə gətirərək dialoqların çoxaldılmasının tərəfdarı olduqlarını bildiriblər.

"Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr" mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

AzVision.az


Teqlər: VIMədəniyyətlərarasıDialoqForumu  





Xəbər lenti