Ramin Məmmədov Rusiyanın baş ravvini ilə görüşüb
O, Azərbaycanın malik olduğu nümunəvi multikultural və tolerantlıq modelindən danışaraq, Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində tolerantlıq ənənələrinin dövlət siyasətinə çevrildiyini bildirib.
"Dinlərarası harmoniyanın günümüzədək qorunub saxlanılmasında xalqımıza xas humanizm və multikultural dəyərlərlə yanaşı düşünülmüş dövlət siyasətinin də müstəsna rolu var", - o deyib.
Rusiyanın baş ravvini Berl Lazar qeyd edib ki, Azərbaycan xalqının zəngin multikulturalizm təcrübəsi, nümunəvi tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir.
Görüş çərçivəsində dinlərarası dialoqa dair bir sıra məsələyə toxunulub. Dünya müstəvisində dinlərarası dialoqun yeni reallıq, çağırış, o cümlədən perspektiv və imkanları müzakirə edilib.
AzVision.az