Avarçəkmə üzrə “Prezident Kuboku-2024”ə start verildi - Video
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev turnirin reqlamenti barədə məlumat verib və idmançılara uğur arzulayıb. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında 44 günlük Vətən müharibəsindən sonra Suqovuşanın beynəlxalq yarışlara ev sahibliyi etməsinin ənənəvi hala çevrildiyini bildirib. O, yığma komandamızın üzvü Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmasını böyük idman hadisəsi kimi qiymətləndirib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Prezident Kuboku-2024" beynəlxalq reqatasını açıq elan edib.
Rəsmi hissənin ardınca tamaşaçılar Suqovuşan su anbarında komandaların ölkə bayraqları ilə nümunəvi keçidlərini izləyiblər. Rəsmi və bədii hissə yekunlaşdıqdan sonra yarışlara start verilib. Suqovuşan su anbarında 200 metr məsafədə kayak və kanoe üzrə yürüşlər keçirilib. Azərbaycan komandası ilk medalını da Suqovuşanda qazanıb. 2006-2007-ci il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yarışlarda Amil Ramazanov bürünc medal qazanıb.
Xatırıadaq ki, Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr edilən “Prezident Kuboku-2024” beynəlxalq reqatası 2-3 may tarixlərində Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
AzVision.az
Teqlər: