Valideynlərini itirmiş uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaqlar

   Valideynlərini itirmiş uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaqlar
  03 May 2024    Oxunub:974
Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan qadınlar, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaqlar.
AzVision.az xəbər verir ki, bu, Prezident İlham Əliyev təsdiqlədiyi "Əmək pensiyaları haqqında" qanunda öz əksini tapır.

Qanun həqiqətən övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, analoji dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdıracaq, habelə bu alətdən sui-istifadə imkanını aradan qaldıracaq.

AzVision.az


Teqlər: Prezident   qanun   pensiya  





Xəbər lenti