Naxçıvan Dövlət Universitetinə publik hüquqi statusu verilir
Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik Naxçıvan Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Elm və Təhsil Nazirliyi Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Naxçıvan Dövlət Universitetinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.
AzVision.az
Teqlər: Nazirlər-Kabineti qərar Naxçıvan universitet